Aktyor Vüsal:

Aktyor Vüsal: "Bacım Dilarənin vəziyyəti pisdir" - ÖZƏL

Hazırda oxunan: Aktyor Vüsal: "Bacım Dilarənin vəziyyəti pisdir" - ÖZƏL

126853

"Rəy verilib ki, ürəyində problem olunub. Amma ürəyindən əməliyyat olunmayıb, yalandır, şaiədir. Avtomobili idarə edən zaman, sükan arxasında bir anlıq huşunu itirib. İdarəetməni itirib".

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Əməkdar artist Dilarə Əliyevanın aktyor qardaşı Vüsal Murtuzəliyev deyib.

MÖVZU İLƏ BAĞLI:

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi - FOTO/VİDEO


Aktyor bacısının səhhətinin pis olduğunu bildirib:

"Dilarə şok vəziyyətindədir. Evdədir, onu da təcili yardım gətirib. Xəsarəti yoxdur. Oqtayın öldüyünü qızları və valideyinləri bilirlər".

Oqtay Əliyevin harada dəfn olunacağı ilə bağlı suala isə Vüsal belə cavab verib:

"Oqtayın dəfni ilə bağlı ailə üzvləri onun Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılmasını istəyirlər. Amma daha öncə fikrimiz onu Mehdiabad məzarlığında idi, çünki onun nənəsi orada dəfn olunub.

Bacım Dilarə dedi ki, Oqtay Əliyev hörmətli adamdır, fəxri titulu var, ona görə də onun Qurd Qapısı qəbiristanlığında dəfn olunmasını istəyir. Mədəniyyət Nazirliyindən dəfnlə bağlı cavab gözləyirik".
Qeyd edək ki, baş verən ağır yol-nəqliyyat hadisəsində Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev 54 yaşında ürəktutmadan dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO