UNEC istəyinə çatdı - Növbə hansı Universitetindir?

UNEC istəyinə çatdı - Növbə hansı Universitetindir?

Hazırda oxunan: UNEC istəyinə çatdı - Növbə hansı Universitetindir?

126850

Bayram günlərində Azərbaycan elmi, təhsili və ümumiyyətlə cəmiyyətimiz üçün əlamətdar bir hadisə baş verdi. Belə ki, QS Dünya Universitetlər Reytinqində UNEC - Azərbaycan Dövlət İqtisad Universiteti sahələr üzrə reytinqdə ilk dəfə olaraq İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univetsitetlər qrupuna yüksəldi.

Bu nəticə dünyada 2016-2020-ci illərdə dərc olunmuş 16,4 milyon məqalələrin, 2016-2021-ci illərdə 117,6 milyon istinadların QS tərəfindən təhlili nəticəsində müəyyən edilib. 

Eləcə də, qiymətləndirmə zamanı, 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamlarının və 99 000-dən çox qlobal işəgötürənlərin səsi nəzərə alınıb.

Bu uğurla bağlı təhsil üzrə ekspert Vüsal Kərimlinin fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bu təkcə UNEC üçün yox, həm də Azərbaycan adına çox böyük nəticədir:

“Universitetlərimizin dünya reytinqində rekord qırması ölkəmiz üçün əlamətdar hadisədir. Birmənalı olaraq deyə bilərəm ki, bu, Azərbaycan üçün çox ciddi bir rəqəmdir, ciddi bir göstəricidir.

Hər zaman arzulamışıq ki, universitetlərimizdən hansısa dünya reytiqində heç olmasa ilk 1000-liyə düşsün. Amma UNEC-in 501—ci sıraya yüksəlməsi həqiqətən də böyük uğurdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO