Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşdü - FOTO

Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşdü - FOTO

Hazırda oxunan: Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşdü - FOTO

126777

Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinə işgüzar səfəri zamanı ukraynalı müdafiəçilərin Baxmut istiqamətindəki mövqelərinə baş çəkib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlanır - Zelenski


Zelenski cəbhədəki vəziyyət və döyüş əməliyyatlarının gedişi ilə bağlı məruzələri dinləyib. Prezident hərbçilərlə də söhbət edib və onlara Ukraynanı qoruduqlarına görə təşəkkürünü bildirib.

“Mən bu gün burada, dövlətimizin şərqində, Donbasda olmaq və qəhrəmanlarımızı mükafatlandırmaq, təşəkkür etmək, əl sıxmaq şərəfinə nail oldum. Ukrayna dövlətini, onun suverenliyini, şərqini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirəm”, - deyə Zelenski əlavə edib.

İştirakçılar həlak olmuş müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Zelenski hərbçilərə dövlət mükafatlarını da təqdim edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO