Şahmat Avropa Oyunlarının proqramına SALINDI

Şahmat Avropa Oyunlarının proqramına SALINDI

Hazırda oxunan: Şahmat Avropa Oyunlarının proqramına SALINDI

126753

Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək.

Bizim.Media xəbər verir ki, Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq. 

Qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının  martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək. 

Azərbaycanla yanaşı daha 7 ölkə yarışda iştirakçı olacaq. 

Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO