Niyaməddin Musayevdən mahnısını oxuyan

Niyaməddin Musayevdən mahnısını oxuyan "Dərviş band"ə REAKSİYA - ÖZƏL

Hazırda oxunan: Niyaməddin Musayevdən mahnısını oxuyan "Dərviş band"ə REAKSİYA - ÖZƏL

126740

Xəbər verdiyimiz kimi, “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin final bölümündə qonaq qismində çıxış edən “Dərviş band” qrupunun sözləri Məmməd Araza aid, Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını sosial şəbəkədə "viral" olub.

Məsələ ilə bağlı sözügedən mahnının əvəzolunmaz ifaçısı N.Musayevlə Bizim.Media-nın əməkdaşı əlaqə saxlayıb.

Sənətkar “Dərviş band” qrupunu tanıdığını və onların bu ifasını çox bəyəndiyini bildirib:

"Bu qrupla mən yaxından tanışam. O qrupda olan oğlanla mən  “Dünya sənin, dünya mənim” mahnısını studioda birgə oxumuşuq. Ən çox diqqət elədiyim məsələ isə aranjimandır. Onlar çox düzgün şəkildə nəğməni aranjiman ediblər. Mahnının kökünə dəyməyiblər. Ən əsas da aranjimanda xoşagəlməz, qulağı incidən dəyişikliklər etməyiblər. Hər şey yerindədir. Çox bəyənirəm. Təəssüflər olsun ki, müsabiqədə onların çıxışlarını dinləməmişəm. Amma siz mənə məlumat verdikdən sonra mütləq şəkildə onların sözügedən çıxışlarına baxacağam".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO