Müslüm Maqomayev Teymur Əmrahı otağından NİYƏ QOVUB? - VİDEO

Müslüm Maqomayev Teymur Əmrahı otağından NİYƏ QOVUB? - VİDEO

Hazırda oxunan: Müslüm Maqomayev Teymur Əmrahı otağından NİYƏ QOVUB? - VİDEO

126736

Əməkdar artist Teymur Əmrah mərhum Xalq artisti Müslüm Maqomayevlə bağlı xatirələrindən danışıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Gül kimi şou" verilişində M.Maqomayevin onu qrim otağından qovduğunu bildirib.

Əmrah Maqomayevin bu cür addım atmasına səbəb kimi onun dahi ustada həddindən artıq siqaret çəkməsi iradı olub:

"Bizim böyük sənətkarımız Müslüm Maqomayev bilirdim ki, "Marlboro" (red. - siqaret) çəkir, özü də tez-tez. Qrim otağında bir az oxudum, səsimə qulaq asdı. Dedi "Səsin normaldır, kimin şagirdi olmusunuz?" Cavab verdim ki, Firudun Mehdiyev. Akademiyada, estradada Flora xanım, aktyor Məlik Dadaşov, Şəfiqə Məmmədova. Dedi, "Lap yaxşı". O da siqaret çəkir, bitməmiş o birisini yandırır. Bir dəfə, iki dəfə, üç dəfə. Heydər Əliyev sarayında qrim otağındayıq. Mən də sadəcə olaraq söylədim ki, "Müslüm Maqomayev mənə elə gəlir, siz həddindən artıq siqaret çəkirsiniz. O, elə başa düşdü ki, mən ona ağıl verirəm. Dedi ki, "Məni gördün? İndi isə burdan get". Onu deyə bilmərəm, amma yəni, xoş gəldin. Mənə ağıl verirsən nə qədər siqaret çəkəcəyəm? Böyük sənətkar, gözəl insan idi".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO