Sabahdan Ramazan ayı BAŞLAYIR - TƏQVİM

Sabahdan Ramazan ayı BAŞLAYIR - TƏQVİM

Hazırda oxunan: Sabahdan Ramazan ayı BAŞLAYIR - TƏQVİM

126723

Sabah Ramazan ayı başlayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı təqvimə əsasən, bu il ölkəmizdə Ramazan ayı martın 23-də başlayacaq.

Oruc tutanlar çərşənbədən (bu gündən) cümə axşamına keçən gecə imsaka qalxacaq. 

Martın 22-si isə niyyət axşamıdır.

QMİ Qazılar Şurası Ramazanla bağlı fətvanı martın 21-də açıqlayıb.

Qeyd edək ki, təqvimə əsasən, bu il ilk Qədr (Əhya) gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə (9 aprel ), 2-ci 20-dən  21-nə (11 aprel), 3-cü 22-dən 23-nə (13 aprel), sonuncu Qədr gecəsi isə 26-dan  27-nə (17 aprel) keçən gecəyə təsadüf edir.

Fitr (Ramazan) bayramı aprel ayının 21-də qeyd olunacaq. Aprelin 22-də qeyri-iş günüdür.

Builki Ramazan təqvimini və duaları təqdim edirik.

Qeyd edək ki, Ramazan ayının xüsusi  təqvimi  Bakı və Abşeronun vaxt ölçüsünə uyğun tərtib edilib. 

QMİ-nin açıqlamasına görə, digər bölgələr Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləyə bilərlər.

Aygün İbrahimli, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO