Dietoloqdan yodla bağlı vacib AÇIQLAMA:

Dietoloqdan yodla bağlı vacib AÇIQLAMA: "Faydasızdır"

Hazırda oxunan: Dietoloqdan yodla bağlı vacib AÇIQLAMA: "Faydasızdır"

126715

Rusiyalı dietoloq Natalya Kruqlova bildirib ki, bədəndəki yod çatışmazlığını dəriyə yod sürtməklə aradan qaldırmaq cəhdi faydasızdır.

Bizim.Media xəbər verir ki, bu barədə "news.ru" da məlumat verilib.

O, bu üsulun bir sıra səbəblərdən, o cümlədən apteklərdə satılan yodla qidalarda və məhlullarda olan yod birləşmələrinin fərqli quruluşuna görə işləmədiyini izah edib.

Onun sözlərinə görə, bəzən dəriyə yod şəbəkəsi çəkməklə orqanizmdə bu maddəyə ehtiyacın olub-olmadığını müəyyən etməyə çalışırlar.

“Hesab olunur ki, maddə dəriyə tez hoparsa, deməli bədən yod çatışmazlığı yaşayır. Lakin bu, mifdir” - ekspert bildirib.

O, əlavə edib ki, yod çatışmazlığından xilas olmaq çətin deyil. Bunun üçün müntəzəm olaraq yodlaşdırılmış duz, həmçinin balıq və digər dəniz məhsulları yemək kifayətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO