Hələ də Azərbaycanda internet keyfiyyətsiz olaraq qalır. İstifadəçi ödədiyi pula uyğun sürət ala bilmir. Yeni peykimiz istifadəyə verilsə də internet probleminin həlli hələ də tapılmır.
Problemi açıq şəkilə təsvir etsək, mənzərə belədir. İnternet istifadəçisi 2 megabit sürət almaq üçün provayderə pul ödəyibsə, ona verilən sürətin miqdarı 1,2 olur.
Və ya 4 megabit sürət əvəzində 2,5 verirlər. Təbii ki, provayderlər abunəçilərə verilən sürəti oğurlayırlar.
Bir sözlə, sürət həm oğurlanır, həm də itir. Belə olan halda vətəndaş nə etməlidir?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyir ki, İqtisadiyyat və Sənaye Nazirliyi nəzdnindəki İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinə müraciət olunmalıdır.
Şikayətləri təmin olunmazsa, məsələni məhkəməyə kimi aparıb çıxartsınlar. Çünki ortada müqavilə var. O.Gündüz əlavə edir ki, ADSL vasitəsi ilə internet alan vətəndaşlar daha tez-tez aldanırlar.
Buradakı problem birmənalı şəkildə həm provayder, həm də ATES-in nöqsanları ola bilər.
“Ola bilər ki, provayder interneti normal şəkildə vətəndaşa verir. Sadəcə infrastruktur imkan vermir ki, vətəndaş ödədiyi məbləğdə internetlə təmin olunsun.
Bu faktlar müraciətlər əsasında araşdırılıb istehlakçıya məlumat verilməlidir. Vətəndaşlara tövsiyyə edirik ki, hüquqlarının pozulmaması üçün mobil cihaz və ya kompyuterlərinə test proqramları yükləsinlər.
“Speedtest” cihazı ilə onlara verilən internetin tam şəkildə ala bilmədiklərini ölçsünlər. Bununla da provayder tərəfindən aldandıqlarını faktlarla sübuta yetirib oğurlanmış internetlərini geri istəsinlər”.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 23.02.2021
Mənzilimizdən internet oğurlayanlar kimlərdir? - AÇIQLANDI
Hazırda oxunan: Mənzilimizdən internet oğurlayanlar kimlərdir? - AÇIQLANDI
Hazırda oxunan: Mənzilimizdən internet oğurlayanlar kimlərdir? - AÇIQLANDI
12671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.