Rusiyanın dondurulmuş aktivləri müsadirə edilə bilər

Rusiyanın dondurulmuş aktivləri müsadirə edilə bilər

Hazırda oxunan: Rusiyanın dondurulmuş aktivləri müsadirə edilə bilər

126706

Avropa İttifaqının martın 23-24-də keçiriləcək sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək. 

Bizim.Media “UNİAN”aa istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatın 27 ölkəsinin liderlərinə göndərdiyi və Avropa Şurasının mətbuat xidməti tərəfindən dərc edilmiş yazılı dəvətdə deyilir. 

Toplantıda Aİ ölkələrinin hərbi istehsal imkanlarının genişləndirilməsi və yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi tədarükü planını müzakirə edəcək. 

"Fevraldakı son görüşümüzdən indiyədək biz Ukraynaya döyüş sursatı istehsalı və tədarükün təcili artırılması üzərində işləyirik. Məqsədimiz 12 ay ərzində Kiyevi 1 milyon mərmi ilə təmin etməkdir", - Şarl Mişelin yazılı dəvətində bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO