"Azərbaycan Qarabağdan olan erməni sakinlərlə təmaslara hazırdır".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Blinkenlə İlham Əliyev arasında TELEFON DANIŞIĞI
Dövlət başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.
Bizim.Media