Kürdəmirdə FACİƏ – Aptekə dərman almağa gələn kişi qəfildən ölüb

Kürdəmirdə FACİƏ – Aptekə dərman almağa gələn kişi qəfildən ölüb

Hazırda oxunan: Kürdəmirdə FACİƏ – Aptekə dərman almağa gələn kişi qəfildən ölüb

126616

Kürdəmirdə bədbəxt hadisə baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən apteklərin birində qeydə alınıb.

Belə ki, rayonun Şahsevən kənd sakini 1963-cü il təvəllüdlü Baxşıyev İlqar Əli oğlu aptekdən dərman almaq istəyərkən anidən halı pisləşib.

Ətrafdakı insanlar onu dərhal xəstəxanaya aparmaq istəsələr də, İ.Baxşıyevin həyatını xilas etmək olmayıb. O, dünyasını dəyişib.

Rayon sakininin meyidi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO