“Polşanın Ukraynadakı münaqişəyə daxil olması III Dünya Müharibəsinin başlaması deməkdir” – Slutski  

“Polşanın Ukraynadakı münaqişəyə daxil olması III Dünya Müharibəsinin başlaması deməkdir” – Slutski  

Hazırda oxunan: “Polşanın Ukraynadakı münaqişəyə daxil olması III Dünya Müharibəsinin başlaması deməkdir” – Slutski  

126437

“Polşanın Ukrayna münaqişəsində iştirakı NATO tərəfindən üçüncü dünya müharibəsinin başlaması demək olacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski öz Telegram kanalında Polşanın Fransadakı səfirinin bəyanatını şərh edərkən bildirib. 

“Polşanın Ukrayna münaqişəsində birbaşa iştirakı - Kiyevin məğlubiyyətindən və ya onun təslim olmasından asılı olmayaraq, NATO tərəfindən üçüncü dünya müharibəsinin başlaması demək olacaq”, – siyasətçi yazıb. 

Slutski Polşanın müharibəyə başlamaq perspektivinin real olmadığını da vurğulayıb: 

“Təəccüblü deyil ki, Polşa səfirliyi diplomatik nümayəndəlik rəhbərinin sözlərini təkzib etməyə tələsdi”. 
Qeyd edək ki, Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski “LCİ” telekanalına müsahibəsində Ukraynanın müharibədə məğlub olacağı təqdirdə, ölkəsinin Rusiyaya qarşı əməliyyatlara başlamalı olacağını qeyd etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO