Türkan Vəlizadə:

Türkan Vəlizadə: "Heç bir kişinin dəstəyi olmadan..." - VİDEO 

Hazırda oxunan: Türkan Vəlizadə: "Heç bir kişinin dəstəyi olmadan..." - VİDEO 

126399

"Qazandığım pulu qazanmaq üçün mən o qədər əziyyətlər çəkmişəm. Tək başına, heç kimin dəstəyi olmadan... Açıq deyəcəyəm, heç bir kişinin dəstəyi olmadan... Hazırda da heç bir sevgilim yoxdur. Mən çətin insan deyiləm. Sadəcə doğrunu və dürüstlüyü sevən insanam. Həyatımda bir kişi ola bilər ki, o da ailə quracağım insan olar".

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl doğum gününü təmtəraqlı şəkildə qeyd edən müğənni Türkan Vəlizadə "MTV maqazin" verilişində müsahibəsində deyib.

Sənətçi bildirib ki, o, bəzi xanım həmkarları kimi pulları hansısa kişinin deyil, öz hesabına qazanır:

"Haqqımda xoşaqəlməz sözlər danışan insanlar istəyirlər ki, onlara cavab verim. Amma onlara deyirəm ki, siz çox yazıqsınız. Ona görə yazıqsınız ki, Allahdan yox, hansısa bəndədən, kişidən köməklik istəmisiniz. Amma mən hər zaman pulu özüm qazanmışam.
Qazandığım pul, aldığım ev, avtomobil tamaşaçıların sayəsindədir. Onların bizə ayırdığı büdcədən, el şənliklərinə dəvət etməklərindən asılıdır. Buna görə isə tamaşaçılarıma çox təşəkkürümü bildirirəm".

 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO