Yazlıq əkin hələ başlanmayıb - KTN

Yazlıq əkin hələ başlanmayıb - KTN

Hazırda oxunan: Yazlıq əkin hələ başlanmayıb - KTN

12637

Novruzun ilk çərşənbəsindən yazlıq əkinə start verilir. Kənd təsərrüfatı ilə məşğul olan əhali adətən ilk çərşənbədən torpaqların şumlanmasına və əkiləcək toxumların hazırlanması işinə başlayırlar.

Eyni zamanda sahələrə köçürüləcək ştillər üçün istixanalarda qızğın hazırlıq olur.

Elə rayonlar var ki, orada bəzi bitkilər (baş soğan, kartof) mart ayının ilk günlərindən torpağa əkilir. Kəndlilər torpağın arat işini də bu aylarda həyata keçirirlər. 

Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya verilən məlumatda isə bildirilir ki, yazlıq əkin adətən apreldə başlayır, indi heç bir iş görülmür.   
 

MÖVZU İLƏ BAĞLI:

Sabah Novruzun ilk çərşənbəsidir


KTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri  Vüqar  Hüseynov bildirdi ki, nazirik bu işdə hər hansı planlama aparmır:  

“Yazlıq əkini fermerlər özləri müəyyənləşdirirlər. Bundan sonra  Elektron Kənd Təsərrüfatı informasiya alt sistemində məlumatları yerləşdirəcəklər.

Hələlik isə əkinlərə başlanılmayıb. Alt sistemə məlumatlar daxil olandan sonra biləcəyik ki, onlar nələr əkəcəklər.

Dövlət planlı şəkildə əkin aparmadığı  üçün  hansı məhsulun  əkilməsini  əvvəlcədən deyə bilmərik. Yazlıq əkin standartdır. Adətən  hamı pambıq, günəbaxan, qarğıdalı əkir. Əkin işi may ayına qədər davam edir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO