“Qarabağ” səfərdə “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub etdi

“Qarabağ” səfərdə “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub etdi

Hazırda oxunan: “Qarabağ” səfərdə “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub etdi

126366

Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”ın qonağı olan “Qarabağ” 6:0 hesabı ilə qalib gəlib. Nəticədə Qurban Qurbanovun yetirmələrinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb.

Bizim.Media Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam klubu cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb.

Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan Q.Qurbanovun yetirmələri sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”lə görüşdə məğlub olub – 1:3. Rəqib meydanında keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan “Qarabağ” 4 dəfə heç-heçə edib.
Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb. 1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” mütləq rekordçu idi.

“Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail olub. Ağdam təmsilçisi növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO