SON DƏQİQƏ: Ağdamda ekskavator minaya düşüb

SON DƏQİQƏ: Ağdamda ekskavator minaya düşüb

Hazırda oxunan: SON DƏQİQƏ: Ağdamda ekskavator minaya düşüb

126258

Ağdamda ekskavator minaya düşüb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində qeydə alınıb. 

Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. 

Hadisə zamanı E.Yusifov yüngül dərəcəli bədən xəsarətləri alıb, texnikaya ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO