Bəzi təhsil müəssisələrinin qida blokunun fəaliyyəti MƏHDUDLAŞDIRILDI

Bəzi təhsil müəssisələrinin qida blokunun fəaliyyəti MƏHDUDLAŞDIRILDI

Hazırda oxunan: Bəzi təhsil müəssisələrinin qida blokunun fəaliyyəti MƏHDUDLAŞDIRILDI

126057

Qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə 30 ali təhsil, 86 ümumi təhsil müəssisəsində və 570 uşaq bağçasında monitorinqlər və yoxlamalar həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, yoxlamalar zamanı nöqsanlar aşkar edilmiş müəssisələrin məsul şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilib, bəzi müəssisələrin qida blokunun fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Həmçinin istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə hesabat ilində 207 aptekdə keçirilmiş monitorinqlər zamanı 8 aptekdə qida təhlükəsizliyi sertifikatı olmayan 255 ədəd, 6 aptekdə Azərbaycan dilində etiketlənməsi olmayan 143 ədəd bioloji fəallığa malik qida əlavələri aşkar edilmiş və həmin məhsullar satışdan kənarlaşdırılaraq icrası məcburi göstərişlər verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO