“Su qıtlığı ilə bağlı problemlərin aradan qaldırılması üçün Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi olaraq bir sıra təkliflərimiz var. İlk növbədə, 27 iyun 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanan “Su ehtiyatlarından səmərəli istifadə tədbirlər planı”na uyğun olaraq formalaşan içməli suların yığılması məsələsi prioritet olmalıdır”.
Bizim.Media xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edib.
“Bundan əlavə, rayon və şəhərlərdə texniki su təsərrüfatı qurulmalıdır. Ağaclar, içməli su ilə yox, texniki su ilə suvarılmalıdır. Eyni zamanda, texniki və içməli su fərqli qiymətlərlə əhaliyə təklif edilməlidir. Digər tərəfdən, rayon və şəhərlərdə tullantı sularının emalı müəssisələri yaradılmalıdır. Su qıtlığı ilə mübarizə üçün Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının yenidən qurulmasına ehtiyac var.
Həmçinin, əsas içməli su mənbəyimiz olan Kür çayına tullantıların axıdılmasının qarşısı alınmalıdır. Eyni zamanda, Gürcüstan və Türkiyə ilə Kür çayının su ehtiyatı və biomüxtəlifliyi ilə bağlı müxtəlif sazişlərin imzalanmasına ehtiyac var”, - deyə komitə sədri əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:21 / 17.03.2023
Su qıtlığının aradan qaldırılması üçün komitə sədrindən TƏKLİFLƏR
Hazırda oxunan: Su qıtlığının aradan qaldırılması üçün komitə sədrindən TƏKLİFLƏR
Hazırda oxunan: Su qıtlığının aradan qaldırılması üçün komitə sədrindən TƏKLİFLƏR
126041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.