Baş nazirdən su qıtlığı ilə bağlı AÇIQLAMA – “Əsas çağırış qənaətli istifadədir”

Baş nazirdən su qıtlığı ilə bağlı AÇIQLAMA – “Əsas çağırış qənaətli istifadədir”

Hazırda oxunan: Baş nazirdən su qıtlığı ilə bağlı AÇIQLAMA – “Əsas çağırış qənaətli istifadədir”

126023

“İqlim dəyişiklikləri, qonşu ölkələrdən daxil olan su ehtiyatlarının azalması, əhalinin sayının artması, əkin sahələrinin suvarılması üçün su şəbəkələrinin genişlənməsi su təhlükəsizliyi ilə bağlı problemləri gündəmə gətirib”.

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il üçün hesabatını Milli Məclisə təqdim edərkən bildirib.

“Cənab Prezidentin tapşırığı ilə su təsərrüfatı ilə bağlı yaranan problemlərin həlli hökumətin qarşısında dayanan ən ciddi problemlərdən biridir. Eyni zamanda, ötən il Su Ehtiyatalarından Səmərəli İstifadə üzrə Komissiya yaradlılıb. Komissiya bu sahədə nəzarət və monitorinq funksiyasını həyata keçirir. 

Bundan əlavə, ölkəmizdə ilk dəfə su təsərrüfatı balansı formalaşdırılıb. Bu istiqamət üzrə dəyərləndirmələr aparılıb. Görülən işlər nəticəsində, su ehtiyatlarından səmərəli istifadə və suya qənaət həddi artırlıb.
Su itkilərinin minimuma endirilməsi üçün bu istiqamətdə ixtisaslaşmış qurumların işinin təkmilləşdirilməsi ilə bağlı işlər görünür. Qarşımızda dayanan əsas çağırış sudan qənaətli istifadədir. Su sərvətdir və onu qorumaq hər birimizin borcudur”, - deyə Baş nazir əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO