Azərbaycan bu il 15 ölkəyə dəyəri 1 mlrd. dollardan artıq neft İXRAC EDİB

Azərbaycan bu il 15 ölkəyə dəyəri 1 mlrd. dollardan artıq neft İXRAC EDİB

Hazırda oxunan: Azərbaycan bu il 15 ölkəyə dəyəri 1 mlrd. dollardan artıq neft İXRAC EDİB

125916

Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 1 157 474,83 min ABŞ dolları dəyərində 1 812 300,15 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarı və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 331 537,83 min dollar dəyərində 528 972,46 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İspaniya tutur. Yanvar-fevralda bu ölkəyə 273 803,29 min dollar dəyərində 425 843,81 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 15 ölkəyə 3 250 676,94 min dollarlıq 5 175 061,27 ton neft ixrac edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO