Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 6 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin yük avtomobilləri Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 61-ə çatıb.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 95 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:17 / 16.03.2023
Xankəndi-Laçın yolunda sülhməramlıların 61 avtomobili maneəsiz keçib
Hazırda oxunan: Xankəndi-Laçın yolunda sülhməramlıların 61 avtomobili maneəsiz keçib
Hazırda oxunan: Xankəndi-Laçın yolunda sülhməramlıların 61 avtomobili maneəsiz keçib
125898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.