Peris Hiltona 14 yaşında müəllimi tərəfindən təcavüz olunub

Peris Hiltona 14 yaşında müəllimi tərəfindən təcavüz olunub

Hazırda oxunan: Peris Hiltona 14 yaşında müəllimi tərəfindən təcavüz olunub

125852

Dünyaca məşhur “Hilton” otellər şəbəkəsinin varisi Paris Hilton 14 yaşında zorakılığa məruz qaldığını açıqlayıb.

Bizim.Media “Insider” nəşrinə istinadən xəbər verir ki, aktrisa və müğənni yazdığı memuarda bildirib ki, məktəbdəki bütün qızların ağlını başından alan müəllim Perisə “göz salıb”.

Kitabında ulduz ona “Cənab Aberkrombi” ləqəbini verib.

Hilton qeyd edib ki, sözün əsl mənasında hamı, o cümlədən rahibələr (müğənni katolik məktəbində oxuyub – red.) dağınıq saçları və xarizmatik görünüşü olan “yaraşıqlı müəllimi” sevirdi.
Bununla belə, müəllim diqqətini yalnız gələcək ulduza yönəldib. Bir anda o, 14 yaşlı Parisə simpatiyasını etiraf edib. Daha sonra o, qızdan telefon nömrəsini istəyib və ona zəng etməyə başlayıb.

“O, mənə şahzadə Diananın şahzadə Çarlzdan 13 yaş kiçik olduğunu xatırlatdı. Elvis ona aşiq olanda Priscilla Presli mənim yaşımda idi”, - deyə Peris vurğulayıb.

Müğənninin sözlərinə görə, o zaman manipulyasiya edildiyini dərk etməyib və əksinə, ona elə gəlib ki, qarşısında əyilirlər. Ancaq gecə baş verən xoşagəlməz hadisə onun illüziyalarına son qoyub.

Hiltonun valideynlərinin evdə olmadığını bilən müəllim onun yanına gəlib.

“O, məni qucaqlayıb öpdü. Bu dəhşətli xoşbəxt öpüş uzun müddət davam etdi və sanki başqa hissə çevrildi. Valideynlərim avtomobil yolunda dayanmasaydı, bunun hara aparacağını bilmirəm”, - deyə Peris bildirib.

Müəllim kabinədəki Perislə birlikdə maşını tam sürətlə sürüb və qızcığazın valideynləri də onun ardınca yola düşüblər.

Müğənniyə müəllimin pedofil olduğunu etiraf etmək üçün illər lazım olub. 

Qeyd edək ki, bir neçə həftə əvvəl P.Hilton ilk dəfə ana olub və yeni doğulan oğlunun fotosunu nümayiş etdirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO