Gəncədə aksiya - “Novruzu Təmiz şəhərlə qarşılayaq” - FOTO

Gəncədə aksiya - “Novruzu Təmiz şəhərlə qarşılayaq” - FOTO

Hazırda oxunan: Gəncədə aksiya - “Novruzu Təmiz şəhərlə qarşılayaq” - FOTO

125789

Gəncə şəhərində “Novruz Bayramını Təmiz şəhərlə qarşılayaq” devizi altında təmizlik və abadlıq işlərinə start verilib. 

Bizim.Media-nın yerli bürosuna bu barədə məlumatı Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat xidməti verib. 

Bildirildiyinə görə, xüsusi texnikaları və canlı qüvvəsi tərəfindən küçə və prospektlərin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, dayanacaqların yuyulması həyata keçirilir:

“Şəhər ərazisinə yerli iqlimə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngbərəng güllərdən yaraşıqlı kompozisiyalar yaradılıb, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır. Ağacların qurumuş budaqları budanıb, mövsümlə əlaqədar yaşıllıqlara aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir.
Gəncənin park və xiyabanlarına, küçələrinə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib. Həyata keçirilən aksiya şəhər ərazisində bahar təravəti yaratmaqla xalqımızın ən qədim bayramlarından biri hesab olunan Novruza hazırlıq məqsədi daşıyır” deyə məlumatda əlavə olunub.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO