Doqquz müttəfiq ölkə Ukraynaya 150-dən çox

Doqquz müttəfiq ölkə Ukraynaya 150-dən çox "Leopard" GÖNDƏRƏCƏK

Hazırda oxunan: Doqquz müttəfiq ölkə Ukraynaya 150-dən çox "Leopard" GÖNDƏRƏCƏK

125751

Ukraynanın doqquz müttəfiq ölkəsi hərbi yardım olaraq Kiyevə 150-dən çox "Leopard" tankı təqdim etməyi öhdəsinə götürüb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin "Ramştayn" formatında keçirilən görüşün əvvəlində bildirib.  

O bildirib ki, Ukrayna tədarük ediləcək tankların köməyi ilə doqquz briqada yarada bilər. 

"Ukraynanı "Leopard" tankları ilə təmin edən ölkələrin koalisiyası böyüməkdə davam edir", - Lloyd Ostin belə deyib. 
Ostin həmçinin qeyd edib ki, son üç ay ərzində "Ramştayn" görüşlərinin bütün iştirakçıları Ukraynanın suverenliyini qorumaq imkanlarını gücləndirmək üçün əla liderlik nümayiş etdiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO