Ərdoğan İlham Əliyevə zəlzələdə göstərdiyi köməyə görə TƏŞƏKKÜR ETDİ 

Ərdoğan İlham Əliyevə zəlzələdə göstərdiyi köməyə görə TƏŞƏKKÜR ETDİ 

Hazırda oxunan: Ərdoğan İlham Əliyevə zəlzələdə göstərdiyi köməyə görə TƏŞƏKKÜR ETDİ 

125739

"Türkiyədəki təbii fəlakət Azərbaycan xalqını dərindən sarsıdıb". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Türkiyədə SƏFƏRDƏDİR - FOTO


Dövlət başçısı zəlzələ ilə bağlı Türkiyə rəhbərinə bir daha başsağlığını çatdırıb. 

Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırlayıb.

Türkiyə Prezidenti Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO