Namiq Abdullayev millinin baş məşqçi vəzifəsindən istefa verdi

Namiq Abdullayev millinin baş məşqçi vəzifəsindən istefa verdi

Hazırda oxunan: Namiq Abdullayev millinin baş məşqçi vəzifəsindən istefa verdi

125690

Bu gün Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.

Bizim.Media xəbər verir ki, Namiq Abdullayev Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb.

Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib. 2021-ci ildən komandaya rəhbərlik edən Rövşən Umudov vəzifəsindən ayrılıb. 

Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO