Qərb ölkələri açıq şəkildə bəyan edirlər ki, onlar Ermənistana təhlükəsizlik zəmanəti verməyə hazır deyillər.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Demokratik Alternativ” partiyasının lideri, politoloq Suren Surenyants jurnalistlərə bildirib.
“Qərb tərəfdaşları bizimlə çox səmimidir. Onlar Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərlərinə götürməyə hazır olmadıqlarını açıq şəkildə deyirlər. Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə münasibətləri həll olunmayana qədər Rusiya Federasiyasından tutmuş ABŞ-a kimi istənilən ölkənin Ermənistanın qeyd-şərtsiz müttəfiqi olacağına inanmaq sadəlövhlükdür.
Heç kim Türkiyə və Azərbaycana qarşı Ermənistanın müttəfiqi olmaq istəmir. Çünki onlar təkcə Moskva üçün deyil, Qərb üçün də önəmlidir”.
Politoloqun fikrincə, Aİ və ya ABŞ-ın enerji sektorunda strateji tərəfdaşa (Azərbaycan), eləcə də NATO müttəfiqinə (Türkiyə) qarşı sanksiyalar tətbiq edəcəyini təsəvvür etmək çətindir:
“Qərb tərəfdaşları bunu gizlətmir, strateji məqsədlərinin Rusiya və İranın regionda təsirini məhdudlaşdırmaq olduğunu deyirlər”.
Bizim.Media
- A-
- A
- A+
Region
16:25 / 15.03.2023
Heç kim Türkiyə və Azərbaycana qarşı Ermənistanın müttəfiqi olmaq istəmir – Erməni politoloq
Hazırda oxunan: Heç kim Türkiyə və Azərbaycana qarşı Ermənistanın müttəfiqi olmaq istəmir – Erməni politoloq
Hazırda oxunan: Heç kim Türkiyə və Azərbaycana qarşı Ermənistanın müttəfiqi olmaq istəmir – Erməni politoloq
125681
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.