Rusiya qırıcısı ABŞ PUA-sı ilə toqquşdu

Rusiya qırıcısı ABŞ PUA-sı ilə toqquşdu

Hazırda oxunan: Rusiya qırıcısı ABŞ PUA-sı ilə toqquşdu

125539

Rusiyaya məxsus Su-27 təyyarəsi ABŞ-nin MQ-9 pilotsuz təyyarəsi (PUA) ilə toqquşub. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığının mətbuat xidməti məlumat verib. 

Məlumata görə, bu gün Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib. 
Qeyd edilib ki, uçuş zamanı Rusiya qırıcısı ABŞ PUA-sının pərvanəsinə toxunub. Toqquşmadan sonra PUA-nın beynəlxalq sulara düşdüyü qeyd olunub. 

Bildirilib ki, ABŞ və müttəfiqlərinin təyyarələri belə bir insidentə baxmayaraq, beynəlxalq hava məkanında əməliyyatları davam etdirəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO