Almaniya Prezidenti: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik” 

Almaniya Prezidenti: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik” 

Hazırda oxunan: Almaniya Prezidenti: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik” 

125520

“Almaniya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verir və bu əsnada tezliklə Brüsseldə görüşün keçiriləcəyinə ümid edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə bildirib. 

Almaniya Prezidenti əlavə edib ki, Şarl Mişelin missiyasına hər iki tərəfin etimadı var.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Azərbaycanın enerji potensialı ilə bağlı ÖNƏMLİ AÇIQLAMA


O, həmçinin vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə ciddi dəstək və töhfə verir. 

Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO