İlham Əliyev: Azərbaycan Brüssel sülh gündəliyini dəstəkləyir 

İlham Əliyev: Azərbaycan Brüssel sülh gündəliyini dəstəkləyir 

Hazırda oxunan: İlham Əliyev: Azərbaycan Brüssel sülh gündəliyini dəstəkləyir 

125517

“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir. Məhz bu əsnada aparılan görüşlərdə, qəbul edilən bəyanatlarda sülh müqaviləsinin və sülh gündəliyinin platforması müəyyən olunub”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Azərbaycanın enerji potensialı ilə bağlı ÖNƏMLİ AÇIQLAMA


Dövlətimizin başçısı qeyd edib ki, beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər.

Azərbaycanın mövqeyinin iki yanaşmadan ibarət olduğunu bildirən Prezident İlham Əliyev deyib ki, birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO