Elza Elgizin sözlərinə ƏSƏBİLƏŞDİ: “Verilişindən gedərəm ” - VİDEO

Elza Elgizin sözlərinə ƏSƏBİLƏŞDİ: “Verilişindən gedərəm ” - VİDEO

Hazırda oxunan: Elza Elgizin sözlərinə ƏSƏBİLƏŞDİ: “Verilişindən gedərəm ” - VİDEO

125430

Əməkdar artist Elza Seyidcahan aparıcısı Elgiz Əkbərə əsəbiləşib.

Bizim.Media xəbər verir ki, bu hadisə “Elgizlə izlə” ictimai-sosial verilişinin canlı efirində yaşanıb.

Belə ki, Elgiz deyib ki, Elza rayonların birinə getdiyi zaman yolda durmadan dörd saat danışıb.

Seyidcahan isə Əkbərin bu sözlərinə qəzəblənib.

“Hamı danışırdı, mən də bir kəlimə deyirdim. İndi burada Elza oldu çox danışan? Dünəndən bəri qapımın ağzına kimi xalçaları sərmisən ki, verilişimə gəl. Mən də verilişinə gəlmişəm, artıq sözlər danışırsan. İndi durub çıxıb gedərəm buradan. Olmaz belə etmək. Elgiz, olan şeyləri danış”, - deyə Elza vurğulayıb.

Bu anda isə proqramın digər aparıcısı Pərvanə Tahirqızı ayağa qalxaraq E.Seyidcahanı sakitləşdirmək və efirdən getməməsi üçün qucaqlayıb.

Elgiz Elzanın işlətdiyi ifadələrdən küsməməsi üçün onu tərifləməyə başlayıb. Həmin anlar proqramın canlı efirində nümayiş olunub.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO