Paytaxtda ƏMƏLİYYAT - Narkotik satan qardaşlar həbs edildi

Paytaxtda ƏMƏLİYYAT - Narkotik satan qardaşlar həbs edildi

Hazırda oxunan: Paytaxtda ƏMƏLİYYAT - Narkotik satan qardaşlar həbs edildi

125420

Bakıda narkotiklərin satışı ilə məşğul olan 2 qardaş saxlanılıb.

Bizim.Media DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinə Tural və Orxan adlı şəxslərin rayon ərazisində narkotiklərin satışını həyata keçirdikləri barədə məlumat daxil olub.

Keçirilən əməliyyatla həmin şəxslər – Tural Bayramlı və qardaşı Orxan tutularaq RPİ-yə gətiriliblər. Onların üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə “Hidiş” kimi tanıdıqları İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.

Aşkar edilən faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Əməliyyatlar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO