Dollar güclənməyə davam edir – MANAT ucuzlaşacaq?

Dollar güclənməyə davam edir – MANAT ucuzlaşacaq?

Hazırda oxunan: Dollar güclənməyə davam edir – MANAT ucuzlaşacaq?

125300

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) dolların uçot dərəcəsini davamlı olaraq artırması dünya maliyyə bazarlarına da təsirsiz ötüşməyib. Belə ki, FED-in sərt monetar siyasəti dolların həcminin kəskin şəkildə azalmasına səbəb olub. 

Bu vəziyyətin bir sıra inkişaf etməkdə olan ölkələrdə dollar qıtlığına yol açdığı bildirilir. Vəziyyəti daha da kritikləşdirən bir digər məqam isə FED rəhbəsi Cerom Pauelin sərt monetar siyasətin davam etdiriləcəyi ilə bağlı səsləndirdiyi fikirlər olub. 

Bəs, dünyanın bir nömrəli valyutasının güclənməsi Azərbaycan manatına necə təsir göstərəcək?
 

MÖVZU İLƏ BAĞLI:

Dollar MÖHKƏMLƏNDİ - Mərkəzi Bank manatı qorumaqda davam edəcəkmi?


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, FED-in uçot dərəcələrini artırması digər valyutaların dollar qarşısında dəyər itirməsi ilə nəticələnib:

“Effektiv məzənnədə Azərbaycan manatı da dollar qarşısında dəyər itirib, itirməyə də davam edəcək. Lakin məsələ burasındadır ki, Azərbaycanda rəsmi kurs üzən məzənnə ilə tənzimlənmir, hökumət manatın kursunu hərraca dollar çıxarmaqla sabit saxlayır. Effektiv məzənnə baxımından manat dəyər itirəndə, hökumət hərraca daha çox dollar çıxarmaq məcburiyyətində qalır. 

Məsələn, ötən ay hərraca 356 milyon dollardan çox vəsait çıxarılıb. FED əgər uçot dərəcəsini artıracaqsa, hərraca çıxarılan vəsaitin həcmi artıracaq. Çünki manatın kursu hökmətin qərarından asılıdır. Dollar-manat kursunun dəyişməsi qərarı yalnız hökumətin əlindəki vasitələr tükənəndə verilir. Məsələn, 2015-ci ildə bir ay ərzində biz 2 milyard dollar vəsait itirdik və fevralın 21-də devalivasiya qərarı verildi.

Əgər hökumət elə bir dilemma qarşısında qalsa, üstəlik neftin qiyməti 50-60 dollardan aşağı düşsə, manat devalvasiya təhlükəsi ilə qarşılaşa bilər. Ancaq hazırda dolların uçot dərəcəsi nə qədər artırılsa da, bu manat-dollar kursuna vizual olaraq təsir etməycək. Təsir yalnız hərraca çıxarılan dolların miqdarının artması ilə müşahidə olunacaq”.

Akif Nəsirli FED-in qərarının dünya xammal bazarına, o cümlədən neft qiymətlərinə mümkün təsirlərindən də söz açıb:

“Adətən dollar möhkəmləndə, neft bir qədər ucuzlaşır, istehlak malları isə bahalaşır. Lakin indiki dövrdə xam neftin qiymətinə tək təsir edən faktor dolların möhkəmlənməsi deyil. Bu, sabit dövr üçün belə idi. Post-pandemiya dönəmində isə dünya ölkələrinin əksəriyyətinin iqtisadiyyatı inkişaf edir. Belə olan halda, neftə olan tələbat artır. Tələbat artıb, təklif sabit qaldıqda isə neftin qiyməti artır. Hesab edirəm ki, qarşıdakı dönəmdə dolların uçot dərəcəsinin möhkəmlənməsi neftin ucuzlaşmasına ciddi təsir etməyəcək”.

Murad Əhmədov, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO