Balakəndə ağacəkmə aksiyası - FOTO

Balakəndə ağacəkmə aksiyası - FOTO

Hazırda oxunan: Balakəndə ağacəkmə aksiyası - FOTO

125132

Balakən rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, aksiya zamanı Balakən şəhərinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində 200 ədəd sərv, 100 ədəd akasiya, 100 ədəd Xan çinarı, 50 ədəd cökə, 40 ədəd palma, 10 ədəd həmişəyaşıl palıd ağacı, 1000 ədəd gül kolu, həmçinin Zaqatala-Balakən dövlət avtomobil yolunun kənarında 500 ədəd gül kolu əkilib.

Aksiyada rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sakinlər iştirak edib.
Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib. Ağaclar suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO