Albaniya prezidenti:

Albaniya prezidenti: "Ölkəmiz və Azərbaycan kommunist rejiminin altında olub"

Hazırda oxunan: Albaniya prezidenti: "Ölkəmiz və Azərbaycan kommunist rejiminin altında olub"

125063

X Qlobal Bakı Forumu çərçivəsində martın 12-də Heydər Əliyev Mərkəzində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş birinci panel iclası keçirilir.

Bizim.Media xəbər verir ki, "Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı" mövzusundakı panel iclasına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin moderatorluq edib.

İclasda Albaniya Prezidenti Bayram Beqay xüsusi məruzə ilə çıxış edib. O, çıxışı zamanı Heydər Əliyevin dünyanın siyasi liderləri arasında xüsusi çəkisinin olduğunu deyib.  

Prezidentin sözlərinə görə, tarixdə Heydər Əliyevin adı Azərbaycanın inkişafı ilə bağlıdır:

"Heydər Əliyevin adı Azərbaycanda institusional islahatlar, iqtisadi inkişafla bağldır".

Siyasətçi qeyd edib ki, həm Albaniya, həm də Azərbaycan kommunist rejiminin altında olub:
“Diktaturadan çıxmaq və ölkənin yaradılması xüsusi rəhbər tələb edirdi. Heydər Əliyev qarşısında duran bütün vəzifələrin öhdəsindən gələ bildi”.

Sonra ABŞ-nin sabiq Dövlət katibi Henri Kissincerin məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin Latviyanın Sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Bolqarıstanın Sabiq Prezidenti Petar Stoyanov, Rumıniyanın Sabiq Prezidenti Emil Konstantinesku və bir sıra ölkənin sabiq dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların Sabiq rəhbərləri də çıxışlar edəcəklər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO