15 cüdoçumuzdan 1 qızıl medal - Ətraflı

15 cüdoçumuzdan 1 qızıl medal - Ətraflı

Hazırda oxunan: 15 cüdoçumuzdan 1 qızıl medal - Ətraflı

12501

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, turnirin üçüncü günündə kişilərin yarışında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Beka Qviniaşviliyə məğlub olub.

 

MÖVZU İLƏ BAĞLI:

”Böyük dəbilqə”: Daha 5 cüdoçumuz mübarizəyə hazırlaşır


Komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) də bürünc medal şansını əldən verib. Belə ki, o, üçüncü yer uğrunda qarşılaşmada rusiyalı Niyaz İlyasova uduzub.

Hər iki cüdoçumuz beşinci yerlə kifayətlənməli olub.

Beləliklə, turnirə 15 cüdoçu ilə qatılan komandamız yarışı bir qızıl medalla başa vurub. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud Məmmədsoy bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.

Yarışda 60 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO