"Gəncə" doğma meydanda qalib gəldi - FOTO

Hazırda oxunan: "Gəncə" doğma meydanda qalib gəldi - FOTO

125004

Basketbol üzrə Yüksək Liqada 21-ci turun bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində "Gəncə" komandası doğma azarkeşlər önündə, "Sərhədçi" basketbolçularını qəbul edib.

Gərgin mübarizə şəraitində keçən oyunun sonunda 86-77 hesabı ilə sevinən tərəf "Gəncə" komandası olub.

Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Kollin Törner - 24 xal, 6 ribaund ), "Sərhədçi PİK" (Maykl Diqqins - 32 xal, 13 ribaund ) seçiliblər.

Qeyd edək ki, 21-ci tura sabah Şəkidə, "Olimpik Şəki BK" - "Sabah BK" oyunu ilə yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO