Onlar haqqında son qərar verildi

Onlar haqqında son qərar verildi

Hazırda oxunan: Onlar haqqında son qərar verildi

12490

Şahzadə Harri və Meqan Markl cütlüyü, saraydan tamamilə ayrılıb. Onların bir il əvvəl verdiyi ayrılıq qərarı artıq öz təsdiqini taparaq, rəsmiləşdirilib.

Bizim.Media xəbər verir ki, kraliça II Yelizavet, Harri və Meqanın krallıqdakı vəzifələrini davam etdirə bilməyəcəkləri haqqında qərar verib.

Bununla da cütlük, bütün dövlət və ictimai vəzifələrdəki hüququnu itirib. Hətta şahzadə Harriyə verilən fəxri adların geri qaytarılması tələb edilib.

Qeyd edək ki, Harri və Meqan ötən ilin yanvarında saraydan ayrılmaq istədiklərini açıqlayıblar. Kraliça II Yelizavetlə görüşlərində cütlüyə bu qərarın bir il sonra baxılacağı bildirilib. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO