“Azərbaycanda cadugərlər var ki, insanın ölümünə işləyir” - Ekstrasensdən AÇIQLAMA 

“Azərbaycanda cadugərlər var ki, insanın ölümünə işləyir” - Ekstrasensdən AÇIQLAMA 

Hazırda oxunan: “Azərbaycanda cadugərlər var ki, insanın ölümünə işləyir” - Ekstrasensdən AÇIQLAMA 

124829

Xəbər verildiyi kimi Bakıda parkların birində gəzən zaman yeniyetmələr cadu bankası tapıblar. Cadugərlər tərəfindən ərəb dilində müxtəlif adlar yazılmış və "qurd yağı" töküldüyü iddia olunan banka kiminsə bəxtini bağlamaq və ya ona pislik etmək məqsədi ilə torpağa basdırılıb.

XXI əsrdə sehr, fal və cadudan hələ də istifadə edilir. Halbuki Allahın rəsulu sehiri qadağan edir və cadunun böyük günah olduğunu söyləyir. 

İslamda cadu və sehr barədə nə deyilir? Bundan necə qorunmaq olar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə cadu və sehrin nə tam təsdiqi, nə də inkarı mövcuddur:

“Qurani-Kərimdə də cadunun və sehrin mövcudluğu təsdiq olunub. Sehrin və cadunun olmadığını inkar etsək, Allahı, Qurani-Kərimi inkar etmiş olarıq. Musa Peyğəmbərin firon II Ramzesin sehrkarlarla mübarizəsi və onlara qalib gəlməsi, Babilistanda Harut və Marut adlı mələyin cadunu, sehri yerə endirib insanlara öyrətməsi, eləcə də lənətlənməsi kimi məsələlərin olması şübhəsizdir. Elm adamları da bunu dolayı yolla təsdiq edirlər. Sadəcə cadu və sehrin mövcudluğuna dair dəlillər, elmi faktlar olmadığına görə artıq alimlər bunun üstündə dayanmır. Çünki bir şeyi təsdiq etmək üçün gərək ortaya fakt da qoyasan”.

İlahiyyatçı qeyd edib ki, əsas müzakirə mövzusu cadu və sehrin istifadə olunması məsələsidir:

“İslam dini cadu və sehri lənətləyir. Varlığını, mövcudluğunu təsdiq edir, amma onun tətbiq olunmasını yasaqlayır, bunu şeytan əməli hesab edir. Avropada tibbin atası hesab olunan, böyük filosof İbn Sinanın “Əl qanun”kitabı var ki, bu gün Avropa institutlarında ondan akademik vəsait kimi istifadə olunur. Həmin kitabda tibbdən bəhs olunsa da, onun 30 faizi cadu və tilsimlərin insan səhhətinə təsirlərindən qeyd olunur. Bu məsələ bir növ insanlara psixoloji təsir vasitəsidir.

Bəziləri dualarla, cadunu qarışdırır. Adi bir stəkan su və ya Fatihə surəsi oxunmuş suyu labaratoriyada yoxlasanız, görəcəksiz ki, dua oxunmuş su daha canlıdır. Bunları elm də sübut edir. “Qurd yağı”, heyvan dərisi və ya başqa vasitələrdən insanlara ziyan vurmaq üçün istifadə edilir. Onlara cadu və sehr olunur. İslamda belə bir prizma var, şər işlərlə xeyirə, batil yollarla haqqa çatmaq olmaz. Həm yaxşı, həm də pis niyyətlə cadu ilə məşğul olmaq İslamda haramdır”.

Parapsixoloq-ekstrasens Lamiyə İsmayılova isə cadu və sehrlə bağlı ona çoxsaylı müraciətlərin olduğunu deyib:

“Bir neçə dəfə mənə torpaqda xəzinə gizlədilməsi ilə bağlı müraciətlər olunub. Bilirsiz ki, o vaxtı nənə və babalarımız hansısa əmanətlərini gizlədirlərmiş. Orada müəyyən dualar yazılıb qoyulur. Hansı ki, o xəzinəni qoruyan cinlər var. Kim ona toxunursa, peşmançılıq çəkir. Neçəsinə demişəm ki, xəzinəyə dəymək olmaz, amma sözümə qulaq asmayıblar. Bir ailə var idi ki, bölgələrdən birindən müraciət etmişdi.

Ailəyə “o xəzinə sizə məxsus deyil, toxunmayın, çıxarsanız başınıza pis hadisə gələcək” dedim. Məni çıxarmağa aparmaq istədilər, qəbul etmədim. Başqa bir cadugəri apardılar və o çıxardı. Hadisədən sonra şəxs mənlə əlaqə saxlayıb bildirdi ki, özünü pis hiss edib və həkimə gedib. Həkim isə onda xərçəng xəstəliyi olduğunu açıqlayıb. Sonra qardaşında da xərçəng aşkarlandı. Bir neçə il xəstəliklə mübarizə aparmağa başladılar. İndi onların aqibətindən xəbərim yoxdur. Ölüm olunan cadu ilə yanıma gələn var idi. Hansı ki, onun özündə, övladlarında cadu olduğu məlum olmuşdu.
 

Övladının biri də cadu əməlindən öldü. Mənə müraciət edəndə artıq gec idi. Qadını digər övladları ilə birgə eyni nahiyyədən ağrı tuturdu və oxşar əlamətlərlə özünü göstərirdi. Heç kim qadını təmizləməyi boynuna götürmədi, mən götürdüm. Amma çox əziyyət çəkdim. Onu elə bir cadugər bağlamışdı ki, hələ əlindən heç kim qurtula bilməmişdi. Hamını o cadu ilə öldürüb. O cadugər Azərbaycanda deyil, başqa bir ölkədə yaşayır.


Uzun müddətli mübarizədən sonra istədiyimiz nəticəyə gəlib çıxdıq. Hətta tibb də onun qarşısında çox aciz idi və həkimlər təəccüb içində idi ki, neçə ola bilər ki, bir ailədə eyni orqandan ağrı tutur. Ölüm cadularının çoxu qəbiristanlıqda təmizlənir, mən elə də etdim. Əməlləri batil etməyə başladım və həmin ailə özünə gəlməyə başladı. Bu gün onlar ayaq üstədir”. 

Lamiyə İsmayılova caduların müxtəlifliyindən də danışıb. O, deyib ki, ən güclü cadu insanın bioloji materialından olunan əməldir: 

“Cadular müxtəlifdir. Kilsəyə, havaya oxunan, suya atılan, torpağa, qəbirstanlığa, qurumuş ağac dibinə, ev-qapı ağzına basdırılan, qurd yağı, heyvan içalatından olunan cadular var. Ən güclü cadu insanın bioloji materialı - dırnağı və tükü ilə edilən əməldir. İnsanlar çalışıb bundan qaçmalıdır. Içəcək və yeməyə qatılan cadular da insanlara dərhal təsirini göstərir.
 

Cadu ilə insanı yatağa salmaq, öldürmək, həyatını alt-üst etmək, iş-gücünü, taleyini bağlamaq mümkündür.Torpaqda cadunun müddəti 40 gündür. 40 gündən sonra əməl insanın bədəninə keçir və onu günbəgün əritməyə başlayır. Ölüm caduları çox təhlükəlidir. Azərbaycanda barmaqla sayılacaq qədər cadugərlər var ki, həqiqətən də insanın ölümünə işləyir. Qara cadugərlərdən söhbət gedir.


Bu cür cadu işlərini də açmaq təhlükəlidir. Çünki biz qara cadugərin əməlini açırıqsa, mütləq onun şeytanı ilə mübarizə aparırıq. Cadudan qorunmaq üçün müəyyən qoruyucu tilsimlər var ki, onlardan istifadə etmək lazımdır. Amma yenə də həmin insan nəzarət altında qalmalıdır”. 

Ekstrasens bildirib ki, falçı, görücü və baxıcılar caduları tam aça bilmir:

“Çox insanlar baxıcı yanına gedir. Bəli əməl açan onun cadusunu açır, amma bədənindəki cini görə bilmir. Çünki cadugər deyil. Cini görmək üçün cinlərlə işləmək və cindar olmaq lazımdır. O da mənə verilib deyə, kimsə qapıdan içəri girəndə bədənində qara qüvvə filan olduğunu bilirəm.

Ona görə də istər torpaqda, istər qapıda, istərsə də dörd yol ayrıcında olsun, istənilən əməlləri mütləq çıxarmaq lazımdır. Kənardan da batil etmək mümkündür. Amma tapıb çıxarmaq daha doğrudur. O zaman cadunun açılması daha tez baş verir. Qapı ağzında olan cadular mütləq batil olunmalıdır. Olunmasa o insana zərər verir. Çünki hər şey qapı kəndarında baş verir. Basdırılma cadular da insan həyatına çox güclü təsir edir. Elə cadular var ki, onları torpaqdan çıxarıb batil etməlisən. Bədəndən nə qədər çıxarsan da o insan düzəlmir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO