“Kənddən şəhərə” yarmarkaları nə üçün sadəcə iki ünvanda keçirilir? – Rəsmi CAVAB

“Kənddən şəhərə” yarmarkaları nə üçün sadəcə iki ünvanda keçirilir? – Rəsmi CAVAB

Hazırda oxunan: “Kənddən şəhərə” yarmarkaları nə üçün sadəcə iki ünvanda keçirilir? – Rəsmi CAVAB

124826

Sabahdan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkaları fəaliyyətə başlayacaq.

Nazirliyin verdiyi açıqlamya görə, martın 19-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarkalar sadəcə iki ünvanda - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) və Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) ünvanında fəaliyyət göstərəcək.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat katibi Vüqar Hüseynov Bizim.Media-ya yarmarkanın nəyə görə sadəcə iki ünvanda təşkil olunması məsələsinə aydınlıq gətirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan fermerinin ƏN BÖYÜK PROBLEMİ nədir? – Nazirlikdən RƏSMİ CAVAB 


“Uzun müddətdir ki, yarmarka iki ünvanda keçirilir. Yarmarka sayı iştirak etmək istəyən, qeydiyyatdan keçən fermerlərin sayına görə müəyyənləşir. Çox fermer müraciət etsə, daha çox ünvanda yarmarka təşkil edə bilərik. Hələlik iki ünvanda başlayırıq”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO