Rusiyalının olimpiya medalı çexiyalı idmançıya verildi

Rusiyalının olimpiya medalı çexiyalı idmançıya verildi

Hazırda oxunan: Rusiyalının olimpiya medalı çexiyalı idmançıya verildi

124671

2014-cü ildə keçirilən Soçi Olimpiadasında dopinq qəbul etdiyinə görə rusiyalı biatlonçu Olqa Zaytsevanın nəticələrinin ləğv olunması nəticəsində Rusiya millisinin estafet yarışında gümüş medalı ləğv olunub.

Bizim.Media xəbər verir ki, nəticədə gümüş medallar rusiyalı biatlonçulardan alınaraq çexiyalılara təqdim olunub.

Beynəlxalq Biatlon Federasiyasının İdmançılar Komissiyasının rəhbəri Kler İqen məsələyə münasibət bildirib. O haqq-ədalətin sonda qalib gəldiyini söyləyib:

“9 il! 4 çexiyalı biatlonçu Rusiya hökümətinin sponsorluğu ilə dopinqlə oğurlanan medallarına sahib çıxmaq üçün məhz bu qədər vaxt gözlədi. Onlara bu sevincli anları bəxş etmək lazım idi. Unutmayın ki, hələ də öz haqqını gözləyən idmançılar var”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO