Elmar Məmmədyarov:

Elmar Məmmədyarov: "Mən kasıb olmalıyam?” - VİDEO

Hazırda oxunan: Elmar Məmmədyarov: "Mən kasıb olmalıyam?” - VİDEO

124626

"Nyu-Yorkda oğullarıma mənzil aldığıma görə məni tənqid edirlər. Bu, gülüncdür. Niyə düşünürlər ki, mən kasıb olmalıyam?”

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov news24.az saytına müsahibəsində səsləndirib.

O, SSRİ dövründən maaşını dollarla aldığını xatırladıb.

“1989-cu ildən ABŞ-da oxumuşam, orada işləmişəm. Bakıda dollar tapılmayanda maaşı dollarla alırdım. Mən haqqımda deyilənlərə fikir vermirəm. Atam isə akademik olub”, - deyə Azərbaycan XİN-in keçmiş rəhbəri bildirib.

Əslən Culfa rayonundan olan Elmar Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində anadan olub. Onun atası kimya elmləri doktoru Məhərrəm Məmmədyarov 2001-ci ildən AMEA-nın həqiqi üzvü olub.  2 yanvar 2022-ci ildə 98 yaşında vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO