“Ermənistan kütləvi informasiya vasitələrində Fransanın parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə məlumat verilir”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.
Prezident Administrasiyasının xarici siyasət məsələlər şöbəsinin müdiri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi şəraitdə Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır.
Bizim.Media