Millət vəkilləri Xızı ilə bağlı hökumətə müraciət edəcəklər – ÖZƏL SƏBƏB

Millət vəkilləri Xızı ilə bağlı hökumətə müraciət edəcəklər – ÖZƏL SƏBƏB

Hazırda oxunan: Millət vəkilləri Xızı ilə bağlı hökumətə müraciət edəcəklər – ÖZƏL SƏBƏB

124575

"Xızı kifayət qədər mənzərəsi və təbiəti gözəl olan rayondur. Özü də Şimal zonasında Qusarla bərabər nəmişlik az olan rayonlar sırasına daxildir. Ona görə Xızı rayonunun təbiətinə uyğun olaraq burada iaşə obyektlərinin tikilməsinə böyük ehtiyac var.

Mən çox istərdim ki, Xızı rayonunda böyük bir sanatoriya kompleksi tikilsin, istifadəyə verilsin. Çünki bu bölgəyə gələn qonaqlar kifayət qədər çoxdur. Təəssüflər olsun ki, Xızıda bu gün heç bir normal müəssisə yoxdur".

Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü Vahid Əhmədov belə deyib. 

"Son vaxtlar bilirsiniz ki, Azərbaycana maraq kifayət qədər artıb. Şimal bölgəsinə də maraq kifayət qədər böyükdür. Çox ciddi işlər görülüb, yollar çəkilib və çəkilməkdə davam edir. Ona görə də Xızı rayonunda sanatoriyaların tikilməsi çox müsbət nəticə verər". 
Xızıdan seçilmiş millət vəkili, Milli Məclisin elm, təhsil, səhiyyə komitələrinin üzvü olan Müşfiq Məmmədli də Bizim.Media-ya müasibəsində sözügedən məsələdən danışıb. 

"Martın 17-də hökumətin Milli Məclisdə hesabatı olacaq. Baş nazir də  iştirak edəcək. Mən Xızıda kardioloji sanatoriya tikilməsi barədə yazılı  təklifimi hesabatdan sonra Nazirlər Kabinetinə təqdim edəcəyəm. Həmin təklifin proqrama salınması hökumətin səlahiyyətindədir."- deyə millət vəkili bildirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO