Azərbaycan futzal millisi sonuncu oyunu məğlubiyyətlə bitirdi: 2-7

Azərbaycan futzal millisi sonuncu oyunu məğlubiyyətlə bitirdi: 2-7

Hazırda oxunan: Azərbaycan futzal millisi sonuncu oyunu məğlubiyyətlə bitirdi: 2-7

124402

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində sonuncu oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Polşanın qonağı olub.

Bu oyuna qədər 9 xalı olan Azərbaycan yığması elit-raunda vəsiqəni ötən tur təmin etmişdi. Bu qarşılaşma qrup liderliyi baxımından əhəmiyyət daşıyırdı. Komandamıza liderliyini qorumaq üçün hətta heç-heçə və minimal hesablı məğlubiyyət də kifayət edirdi. Amma təəssüf ki, böyük hesabla uduzan komandamız liderliyi əldən verib və elit-raunda qrup ikincisi kimi yüksəlib.

DÇ-2024-ün əsas mərhələsi
6-cı qrup
7 mart


Polşa – Azərbaycan 7:2
Qollar: Mikolay Zastavnik, 3:48; 27:05; 27:35; 30:05; 32:44. Yakub Raszkovski, 3:54. Tomaz Kriezel, 31:57 - İsa Atayev, 23:09. Amadeu, 28:00.

Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya).
Koşalin idman zalı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO