Yel çərşənbəsində 20 000 ağac əkildi

Yel çərşənbəsində 20 000 ağac əkildi

Hazırda oxunan: Yel çərşənbəsində 20 000 ağac əkildi

124333

Novruz bayramının əlamətdar günlərindən olan Yel çərşənbəsində Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Quba, Bərdə, Tovuz, Şəmkir və Ağcabədi rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.

Bu barədə Bizim.Media-ya Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

"Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 20 000 müxtəlif növ ağac tingi əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verildi", - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO