Erməni separatçılarının hərbi karvanı Xəlfəli yolundan belə keçdi - VİDEO 

Erməni separatçılarının hərbi karvanı Xəlfəli yolundan belə keçdi - VİDEO 

Hazırda oxunan: Erməni separatçılarının hərbi karvanı Xəlfəli yolundan belə keçdi - VİDEO 

124261

Bu gün günorta saatlarında çəkilən video və foto materiallarda erməni silahlılarının hərbi karvanı Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkət edib. 

Bizim.Media xəbər verir ki, materialı caliber.az saytı əldə edib.

Görüntülərdə aydın olur ki, erməni separatçılarının hərbi karvanı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə gedib.

Karvanın əvvəlində Rusiya sülhməramlı kontingentinin iki “UAZ Patriot” maşını, ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir brezentli “Ural” və su çəni olan “KamAZ” yer alıb. Sonda gedən “BTR-82A”da isə Rusiya bayrağı qaldırılıb.
Karvan qanunsuz erməni silahlı birləşmələrinin postlarını ərzaq, su və sursatla təmin etmək üçün hərəkət edib.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO