Rusiyanın əlində daha bir ŞANS – Martın 18-də BU BAŞ VERƏCƏK

Rusiyanın əlində daha bir ŞANS – Martın 18-də BU BAŞ VERƏCƏK

Hazırda oxunan: Rusiyanın əlində daha bir ŞANS – Martın 18-də BU BAŞ VERƏCƏK

124239

Martın 18-də Türkiyə-Rusiya və BMT arasındakı “Taxıl dəhlizi” anlaşmasının növbəti müddəti başa çatır. Bu anlaşma hesabına Ukraynadan dünya bazarına milyonlarla ton dənli bitkilər çıxarılıb. Məhz bu addımdan sonra dünya bazarında taxıl məhsullarının qiymətində sabitlik yaranıb. Ona görə də gözlər yenidən Ankara və Moskvaya dikilib.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli hazırda Türkiyə ilə Rusiya arasında intensiv danışıqların getdiyini bildirdi:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynadan taxıl dəhlizi ilə bağlı ZƏMANƏT istədi  


“BMT də bu danışıqlara qoşulub. Çünki, “Taxıl dəhlizi”anlaşmasının bitməsinə 11 gün qalıb. Əgər martın 18-dək bu anlaşmanın müddəti uzadılmasa onda dünyanın taxıl bazarında təlatüm yaranacaq. Dənli bitkilərin, o cümlədən də qarğıdalının və günəbaxanın qiymətinin kəskin bahalaşması baş verə bilər”.

Ekspert onu da qeyd edib ki, Rusiya hələki anlaşmanın uzadılmasına “hə” demir: 

“Rusiya iddia edir ki, bu anlaşmanın onlara heç bir xeyri yoxdur. Bu dəhliz daha çox Ukraynanın işinə yarayır. Amma Rusiya ədalətli mövqe sərgiləmir. Çünki, Rusiya məhz həmin dəhliz vasitəsi ilə özünün 20 milyon ton taxılını dünya bazarına çıxara bilib. Bu hesaba da beynəlxalq sanksiyalardan qismən yayınıb.

Bununla belə rəsmi Moskva martın 18-dək Qərbdən daha çox güzəşt qopartmaq istəyir. Qərbsə hər hansı bir məsələdə Rusiyaya güzəştə getmək fikrində deyil. Ona görə də anlaşmanın uzadılmama ehtimalı böyükdür.

Əgər anlaşmanın müddəti uzadılmasa onda dünyada dənli bitkilərin, xüsusən də ərzaqlıq buğdanın qıtlığı yaranacaq, qiymətlərsə artacaq”.

Təbii ki, dünya bazarında baş verəcək qiymət artımı birbaşa ölkəmizə təsir edəcək. Çünki, ərzaqlıq buğdanın 80 faizinə yaxınını biz idxal edirik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO