Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkiyə təhsil nazirləri protokol imzaladı
"Bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən Protokolu həmkarım milli təhsil naziri Ziya Səlcukla imzaladıq".
"Göstərdiyi xüsusi diqqətə görə Ziya bəyə minnətdarlığımı bildirirəm".
Bizim.Media